logo

Avropanın 23 ölkəsi hava məkanını Rusiya təyyarələri üçün bağlayıb

19:50 27-02-2022 | icon 2065
Avropanın 23 ölkəsi hava məkanını Rusiya təyyarələri üçün bağlayıb

Ukraynaya qarşı hərbi təcavüz səbəbindən hava məkanını Rusiya təyyarələri üçün bağlayan ölkələr sırasına İtaliya da qoşulub. 

YeniAvropa  "TASS"a istinadən xəbər verir ki, bu barədə İtaliya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Beləliklə,  Rusiya təyyarələri üçün hava məkanını bağlayan Avropa ölkələrin sayı 23-ə çatıb. 

Qeyd edək ki, bundan əvvəl, Niderland,Fransa, Belçika, Almaniya, İsveç, İslandiya ,Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.