Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə müdafiə qüvvələrini xüsusi döyüş növbəsi rejiminə gətirməyi tapşırıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova müdafiə qüvvələrini xüsusi döyüş növbəsi rejiminə gətirməyi tapşırıb.
Rusiya prezidenti bildirib ki, Qərb Rusiyaya qarşı iqtisadi sahədə addımlar atır, eyni zamanda NATO-nun rəhbər şəxsləri Rusiya barəsində aqressiv fikirlər söyləyirlər.