logo

Rusiya işğalçı qüvvələri Kiyev ətrafındakı belə darmadağın edildi

17:57 27-02-2022 | icon 1883
Rusiya işğalçı qüvvələri Kiyev ətrafındakı belə darmadağın edildi

Bu gün günorta saatlarında Kiyev vilayətinin Buça şəhərinə daxil olan Rusiya işğalçı qüvvələri Ukrayna ordusu tərəfindən tamamilə darmadağın edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ofisinin yaydığı məlumatda bildirilib.  Qeyd edilib ki,  şəhərə daxil olmuş 30-a yaxın Rusiya döyüş texnikasından salamat qalanı yoxdur və onlar havadan, yaxud qurudan endirildiyi dəqiqləşməyən şiddətli zərbələrdən sadəcə olaraq metal yığınına çevriliblər. Yerli sakinlərdən birinin döyüşdən sonra işğalçıları söyərək və lənətləyərək mobil telefonla çəkdiyi kadrlara əsasən şəhərə girən Rusiya qüvvələrindən geriyə ancaq bu mənzərə qalıb:

(Qeyd: həvəskar tərəfindən çəkilən videoda bəzi qeyri-etik kəlmələr var)