Xerson yaxınlığındakı Zelenovka kəndi yaxınlığında Rusiya hərbçiləri mülki jurnalisti güllələyib.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova məlumat verib.
Venedktova onu da bildirib ki, Xerson vilayətində magistral yolda yaralıları daşıyan təcili yardım maşını atəşə tutulub. 64 yaşlı təcili yardım sürücüsü və yaralı əsgər yanıb, yaralılardan biri güllə yarası alıb.
Ukraynanın baş prokuroru vurğulayıb ki, dinc əhaliyə qarşı ağır cinayət törədənlər məsuliyyətdən yayınmayacaq.