Bu il keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində Rusiya ilə qarşılaşmalı olan Polşa millisi bu oyundan imtina edib.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Polşa Futbol Federasiyasının prezidenti Sezarı Kulesa təsdiqləyib. Onun sözlərinə görə, Ukraynada baş verənlərin fonunda Polşa millisi martın 24-də nəzərdə tutulan oyun üçün Rusiyaya yollanmayacaq.
Oyun cədvəlinə əsasən, martın 24-də Rusiyada keçirilən oyunda Rusiyanın qalib gələcəyi təqdirdə, ruslar martın 29-da İsveç və Çexiya cütlüyünün qalibi ilə qarşılaşmalıdır.
Federasiya İsveç və Çexiya futbol federasiyaları ilə məsələ ilə bağlı təmaslardadır. Hər üç federasiya FİFA qarşısında birgə mövqe ilə çıxış etmək niyyətindədir.