logo

Ukrayna Rusiya tərəfinin itkilərini açıqladı

23:13 26-02-2022 | icon 2079
Ukrayna Rusiya tərəfinin itkilərini açıqladı

Ukrayna Rusiya tərəfinin itkilərini açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının mətbuat xidməti məlumat yayıb.

Belə ki, Rusiya tərəfi gün ərzində azı 11 müxtəlif tipli helikopter, 3 "Su-30SM" qırıcısı, 2 "Su-25" hücum təyyarəsi və 1 ədəd "İL-76MD" hərbçiləri daşıyan təyyarəsini itirib.

Həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Su-24M" bombardmançı təyyarəsi 20 hərbi texnikadan ibarət karvanı məhv edib.

“Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir”, - məlumatda deyilir. /UNİAN