Rusiya Ordusunun Mərkəzi Hərbi Dairəsinin 35-ci motoatıcı briqadasının tank batalyonunun komandiri mayor Şyotkin Leonid Petroviç əsir götürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Operativ Komandanlığı məlumat yayıb.
Komandanlığın "Facebook" səhifəsində mayorun şəkli və şəxsi əşyalarının şəkilləri yerləşdirilib. Qeyd olunur ki, Şyotkin Kazan Hərbi Tank Məktəbinin məzunudur. Ailəlidir, iki övladı var.
"Onun tankı Ukrayna Silahlı Qüvvələri tərəfindən vuruldu, möcüzə nəticəsində mayor sağ qalıb", - deyə məlumatda bildirilib./UNİAN