logo

Hulusi Akar ukraynalı həmkarına zəng etdi

19:20 26-02-2022 | icon 1988
Hulusi Akar ukraynalı həmkarına zəng etdi

Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksey Reznikov arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, nazirlər telefon danışığı zamanı Ukraynadakı son hadisələri müzakirə ediblər.

Hulusi Akar Türkiyənin Ukraynaya humanitar yardım göstərilməsi baxımından üzərinə düşəni etməyə davam edəcəyini bildirib.