logo

Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

16:56 26-02-2022 | icon 2044
Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

Serbiya Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir, lakin Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.

 YeniAvropa xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

“Serbiya Avropanın şərqində baş verənlərdən təəssüflənir. Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik və silahlı hücumları qəbul etmirik. Hərbi neytrallıq prinsipi çərçivəsində bütün xarici tərəfdaşlarla hərbi təlimləri dayandıracağıq. Ukrayna xalqına humanitar yardım göstəriləcək.

Serbiya çətin günlərdən keçir. Çox təzyiqlə üzləşdik, lakin Serbiya vətəndaşlarının mənafeyinə uyğun olan qərarı verdik. Rusiyaya sanksiya tətbiq etmək Serbiyanın maraqlarına ziddir”, - deyə A.Vuçiç bildirib.