logo

Zelenski:"Kiyevdəyəm və dövlətimizi müdafiə edəcəyik"

12:56 26-02-2022 | icon 2051
Zelenski:"Kiyevdəyəm və dövlətimizi müdafiə edəcəyik"

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 26-da səhər saatlarında xalqa müraciət edərək Kiyevi tərk etmədiyini, Ukrayna ordusunun isə silahı yerə qoymaq niyyətində olmadığını bildirib.

YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, Volodimir Zelenski ordunu təslim olmağa çağırdığı və paytaxtda təxliyə işləri aparıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

“Mən buradayam, silahı yerə qoymayacağıq və dövlətimizi müdafiə edəcəyik”, - deyə Ukrayna prezidenti Kiyevdəki ofisi yaxınlığında yerləşən küçələrin birindən xalqa müraciətində bildirib.

Bir müddət öncə “The Washington Post” qəzeti ABŞ prezidenti Cozef Baydenin Volodimir Zelenskiyə paytaxtı təhlükəsiz tərk etməsi ilə bağlı yardım təklif etsə də, Ukrayna liderinin bundan imtina etdiyi barədə məlumat yaymışdı.