Avropa İttifaqı Rusiyanın 64 əsas strukturuna qarşı sanksiyalar tətbiq etdi
Avropa İttifaqı (Aİ) Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti və digər dövlət təşkilatları, həmçinin energetika, hərbi sənaye və maliyyə kompaniyaları da daxil olmaqla Rusiyanın 64 əsas strukturuna qarşı maliyyə və texnoloji sektoral məhdudiyyətlər tətbiq edib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Aİ Şurasının qərarına görə, sanksiyaların tətbiq olunduğu strukturlara Avropanın maliyyə bazarlarına və texnologiyalarına giriş məhdudlaşdırılacaq.
“Rusiyanın Ukraynaya qarşı hər hansı növbəti təcavüzü baha başa gələcək. Vəziyyətin ağırlığını nəzərə alaraq, 2022-ci il fevralın 25-də Şura Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən müdafiə, energetika, aviasiya və maliyyə sektorlarına qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edib”, - deyə Avropa İttifaqı Şurası bəyanat yayıb.
Avropanın sanksiyalarına məruz qalan kompaniyalar arasında “Oboronprom”, “Rosoboroneksport”, “Tupolev”, “Suxoy”, habelə “Proqress” raket-kosmik mərkəzi “Kalaşnikov”, “Rostex”, “Almaz-Antey”, “Uralvaqonzavod”, “Kamaz”, “Sovkomflot”, “Sevmaş”, “Rostex-Azimut” və digər aparıcı sənaye kompaniyaları da var.
Aİ bu strukturların kapital bazarına və maliyyə xidmətlərinə çıxışını ciddi şəkildə məhdudlaşdırıb. Onlara texniki yardım göstərilməsi, həmçinin hərbi və ya ikili təyinatlı məhsul və texnologiyaların, neft hasilatı üçün texnologiya və avadanlıqların ticarəti qadağan edib. Avropa İttifaqı, həmçinin Rusiyaya tədarükü qadağan edilən yüksək texnologiyalı məhsulların, əsasən də rabitə sistemlərinin, elektronikanın, yarımkeçiricilərin, aviasiya və kosmik komponentlərin geniş siyahısını tərtib edib.
Fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayıb. Hazırda hərbi əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda, o cümlədən paytaxt Kiyev ətrafında davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə aviasiya və raket zərbələri endirir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır