Polşa, Çexiya və Bolqarıstan öz hava məkanlarını bağladığı barədə Rusiya kompaniyalarını xəbərdar edib.
YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" informasiya agentliyi Rusiya aviakompaniyalarının birinə yaxın olan mənbəyə istinadla məlumat yayıb. Mənbənin məlumatına görə, Polşa, Çexiya və Bolqarıstan hava məkanlarını bağladıqları barədə aviakompaniyalara bildiriş göndərib.
Qeyd edək ki, bir müddət öncə adıçəkilən ölkələr Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar yanvarın 26-dan etibarən rus aviakompaniyalarına məxsus təyyarələr üçün öz hava məkanlarını bağlayacaqlarını bəyan etmişdi.