Türkiyə Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşünü təşkil etməyə hazırdır.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli televiziyaya bildirib.
"İndi əsas məsələ görüşün yeri deyil, görüş faktının özüdür. Rusiya və Ukrayna liderlərinin görüşüb vəziyyətdən çıxış yolu tapması üçün. Təbii ki, belə bir görüşü Türkiyədə keçirmək istəyirlərsə. Biz bunu məmnuniyyətlə qəbul edəcəyik, keçirəcəyik", - deyə M.Çavuşoğlu "NTV"yə müsahibəsində deyib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri ilə danışıqlara hazır olduğunu deyib. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin də yüksək səviyəli danışıqlara hazır olduğunu bildirib.