logo

Zelenski: "Biz Kiyevdəyik. Ukraynanı müdafiə edirik"

21:31 25-02-2022 | icon 1848
Zelenski: "Biz Kiyevdəyik. Ukraynanı müdafiə edirik"

Ukrayna prezidenti Volodimir Zelenski ukraynalılara növbəti videomüraciətini ünvanlayıb.

 YeniAvropa xəbər verir ki, o, müraciətində bildirib ki, prezident aparatının rəhbəri Andrey Yermak, baş nazir Denis Şmıqal, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak Kiyevdədirlər.

"Biz Kiyevdəyik. Ukraynanı müdafiə edirik", - deyə V.Zelenski vurğulayıb.

O əlavə edib ki, bütün ukraynalılar öz ölkələrini müdafiə edirlər.