logo

Avropa İttifaqı Putin və Lavrova qarşı sanksiyalar qəbul edib

19:59 25-02-2022 | icon 1981
Avropa İttifaqı Putin və Lavrova qarşı sanksiyalar qəbul edib

Avropa İttifaqının(Aİ) Xarici Əlaqələr Şurası cümə günü Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, Rusiya əleyhinə sanksiyaların ikinci paketini qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Aİ-nin Xarici Əlaqələr Şurası Rusiya prezidenti Putin və xarici işlər naziri Lavrova qarşı maliyyə sanksiyaları da daxil olmaqla, ikinci sanksiyalar paketini təsdiqləyib. Üçüncü paket hazırlanır", - deyə nazir qeyd edib.