“Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”.
YeniAvropa “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinin sədri Si Szinpinlə telefon danışığında bildirib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski fevralın 25-də müraciətində Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.
O, Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu deyib.
Vladimir Putin Ukrayna prezidentinin təklifinə cavab olaraq Müdafiə, Xarici İşlər nazirlikləri və Prezident Administrasiyası səviyyəsində nümayəndə heyətini danışıqlar apartmaq üçün Minskə göndərməyə razılaşıb.