logo

Azərbaycanlılar Xarkovda atəş altına düşdülər, biri gözündən yaralandı

12:55 25-02-2022 | icon 1876
Azərbaycanlılar Xarkovda atəş altına düşdülər, biri gözündən yaralandı

Ukraynada avtomobilin atəşə tutulması nəticəsində iki azərbaycanlı yaralanıb.

Bu barədə video sosial şəbəkələrdə yayılıb.

Kadrlardan da göründüyü kimi, azərbaycanlıların avtomobili avtomat silahlardan atəşə tutulub.

Kadr arxasındakı səslər yaralı olduqlarını bildirirlər.

Məlumata görə, hadisə Xarkovda baş verib.

Həmçinin bildirilir ki, yaralı azərbaycanlılar hadisə yerini tərk ediblər.