logo

Volodimir Zelenski Rusiyanı bir daha danışıqlara çağırıb

11:33 25-02-2022 | icon 1932
Volodimir Zelenski Rusiyanı bir daha danışıqlara çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı hərbi əməliyyatları dayandırmaq barədə bir daha danışıqlara çağırıb.

YeniAvropa xəbər verir ki, V.Zelenski bu çağırışı “Ukraina-24” telekanalında yayımlanan çıxışında edib.

“Rusiya hərbi əməliyyatlara son qoymaq və işğalı dayandırmaq barədə gec-tez bizimlə danışıqlar aparmalıdır. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın itkiləri də bir o qədər az olar”, - deyə Ukrayna prezidenti bildirib.

Qeyd edək ki, daha əvvəl Volodimir Zelenski Ukraynanın neytral statusu və təhlükəsizlik təminatları məsələsini Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirib. O, həmçinin Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti vermədiyini və ölkəsini NATO-ya qəbul etmək istəmədiyini dilə gətirib.

Xatırladaq ki, fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayıb. Hazırda əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə aviasiya və raket zərbələri endirir.