Ukraynanın Silahlı Qüvvələri dörd istiqamətdə müdafiə döyüşləri aparır - Severski, Slobojanski, Tavriçeski və OOS-da.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə fevralın 25-də, səhər saatlarında müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
“Hazırda Ukrayna Silahlı Qüvvələri dörd istiqamətdə düşmən qüvvəsinin üstünlüyü ilə fədakarcasına müdafiə döyüş əməliyyatları aparır - Severski, Slobojanski, Tavriçeski və OOS-da”, - deyə A.Malyar bildirib .
Nazir müavini həmçinin əlavə edib ki, Ukrayna ordusu güclü, motivasiyalı və sarsılmazdır.
"Millətimiz birlikdə güclüdür! Qələbə bizim olacaq", - deyə müdafiə nazirinin müavini sözlərinə əlavə edib deyib.
Anna Malyar qeyd edib ki, Rusiya qoşunlarının Vorzel və Kiyev yaxınlığındakı digər yaşayış məntəqələrinə daxil ola biləcəyi barədə xəbərdarlıq edib.