Rusiya Silahlı Qüvvələri ilə döyüş nəticəsində 57 ukraynalı həlak olub, 169 nəfər yaralanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat verib.
Nazirin sözlərinə görə, tibb işçiləri fasiləsiz işləyirlər, təkcə cərrahi profillilər, travmatoloqlar, reanimatoloqlar yox, bütün həkimlər növbə çəkirlər. Hər kəs öz iş yerindədir, həm kommunal xəstəxanalar, həm də Səhiyyə Nazirliyinə, Milli Tibb Elmləri Akademiyasına tabe olan müəssisələr. Müəyyən özəl klinikalardan hazırlıq siqnalları var.
"Biz əczaçılıq zavodları ilə, dərman distribütorları ilə işləyirik. Hamımız hazırıq, hər kəs dövləti müdafiə edir. Baş Qərargahın tibb bölməsi var, orada da Səhiyyə Nazirliyinin əməkdaşları çalışırlar. Biz daim koordinasiya yaradaraq bir-birimizə kömək edirik”, - deyə nazir vurğulayıb.