Ukraynanın paytaxtı Kiyev şəhərində bu gündən başlayaraq komendant saatı tətbiq olunur.
YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, paytaxtda komendant saatı 22:00 dan 7:00-dək qüvvədə olacaq.
Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib. O qeyd edib ki, bu qərar paytaxt sakinlərinin təhlükəsizliyi üçün mövcud şəraitdə zəruri və məcburi addımdır. Kliçkonun sözlərinə görə, komendant saatı müddətində ictimai nəqliyyat işləməyəcək. Eyni zamanda, metro stansiyaları sığınacaq qismində bütün sutka ərzində əlçatan olacaq.
Mer bütün kiyevlilərdən evlərinə vaxtında qayıtmağı xahiş edib.