logo

“Buxarest doqquzluğu” ölkələrinin prezidentləri sabah fövqəladə sammit keçirəcəklər

19:11 24-02-2022 | icon 1960
“Buxarest doqquzluğu” ölkələrinin prezidentləri sabah fövqəladə sammit keçirəcəklər

“Buxarest doqquzluğu” ölkələrinin prezidentləri (“Buxarest doqquzluğu” NATO ölkələri – Polşa, Rumıniya, Estoniya, Litva, Latviya, Slovakiya, Macarıstan, Bolqarıstan, Çexiya) fevralın 25-də Varşavada fövqəladə sammitdə bir araya gələcəklər.

YeniAvropa xəbər verir ki, iclasda Ukraynadakı vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, 2015-ci ildə doqquz ölkə liderinin görüşü NATO-nun 2016-cı ildə Varşavada keçiriləcək sammiti üçün ümumi bəyannamənin qəbulu ilə yekunlaşıb. Bu sənəddə Alyansın şərq cinahı ölkələri Rusiyanın siyasətindən narahat olduqlarını bildiriblər və regionda daha inamlı NATO-nun mövcudluğunun yaradılması üçün səyləri birləşdirməyə çağırıblar.