"Avropa Komisiyası Ukraynadan qaçqınları qəbul etməkdə Avropa ölkələrinə yardım etməyə hazırdır".
YeniAvropa xəbər verir ki, bu barədə Avropa daxili işlər komissarı İlva Yohansson "Twitter" hesabında məlumat paylaşıb.
“Mən Polşa, Çex Respublikası, Rumıniya, Slovakiya, Macarıstana təcili qoruma tədbirlərinə hazır və istəkli olduqlarına görə təşəkkür edirəm. Bu gün biz Ukrayna xalqının yanındayıq”,-deyə paylaşımda qeyd edilib.