Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.
YeniAvropa erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə prezident vəzifəsini icra edən Alen Simonyan sərəncam imzalayıb.
Qeyd edək ki, 51 yaşlı general-leytenant Artak Davtyan ötən ilin martın 22-də bu vəzifəyə təyin edilmişdi.
Xatırladaq ki, bundan əvvəl o, 2018-ci ilin mayından 2020-ci ilin iyun ayınadək bu vəzifəni icra etmişdi.