Sosial şəbəkələrdə yayılan kadrlara əsasən, Moldova istiqamətindən də Ukraynaya raket zərbələri endirilir.
YeniAvropa xəbər verir ki, yayılan videogörüntülərdə Dnestryanı bölgəyə yaxın yaşayış məntəqələrinin sakinləri səhər saatlarından etibarən bu separatçı regionda cəmləşdirilmiş Rusiya qoşunlarının Ukrayna ərazilərinə raket zərbələri endirdiyini qeydə alıb.
Kadrlara əsasən zərbələr “Kalibr” qanadlı raketləri ilə endirilir.