Fevralın 24-də Ukrayna prezidenti Volodimir Zelenski dünya ölkələrinin liderlərinə müraciət edərək Rusiya lideri Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
YeniAvropa xəbər verir ki, bu barədə müraciət Ukrayna prezidentinin "Telegram" kanalında yayılıb.
"Mən prezident Baydenlə, eləcə də Boris Conson, Şarl Mişel və digərləri ilə danışdım. Dünya liderlərinə çağırış etdim ki, prezident Putinə qarşı bütün mümkün sanksiyaları tətbiq etsinlər, Ukraynaya miqyaslı müdafiə yardımı etsinlər, aqressorun Ukraynanın hava məkanına daxil olmasının qarşısını alsınlar",-deyə Ukrayna prezidenti müraciətində bildirib.
Xatırladaq ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bu gün səhər saat 05:00 radələrində Ukraynanın Rusiya Federasiyası və Belarus Respublikası ilə bölgədəki dövlət sərhədi Belarusun dəstəyi ilə Rusiya hərbçiləri tərəfindən hücuma məruz qalıb. Artilleriya, ağır texnikadan istifadə etməklə sərhəd bölmələrinə, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərində sərhəd patruluna və keçid məntəqələrinə hücumlar həyata keçirilir.
Bundan əlavə, hücum Donetsk və Luqansk vilayətləri və Krımdan da Ukrayna ərazilərinə hücumlar həyata keçirilib.