Ukraynanın dövlət sərhədi Rusiya Federasiyası və Belarusdan olan rus qoşunları tərəfindən hücuma məruz qalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti "Facebook" səhifəsində məlumat yayıb.
“Saat 05:00 radələrində Ukraynanın Rusiya Federasiyası və Belarus Respublikası ilə bölgədəki dövlət sərhədi Belarusun dəstəyi ilə Rusiya hərbçiləri tərəfindən hücuma məruz qalıb. Artilleriya, ağır texnikadan istifadə etməklə sərhəd bölmələrinə, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərində sərhəd patruluna və keçid məntəqələrinə hücumlar həyata keçirilir”, - deyə məlumatda deyilir.
Bundan əlavə, hücum Donetsk və Luqansk vilayətləri və Krımdan da həyata keçirilir.
Sərhədçilər arasında xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.