logo

Zelensi: Rusiya Ukraynanın hərbi obyektlərinə raket zərbələri endirib

09:44 24-02-2022 | icon 2478
Zelensi: Rusiya Ukraynanın hərbi obyektlərinə raket zərbələri endirib

Fevralın 24-də səhər saatlarında Kiyev sakinləri güclü partlayış səsindən oyanıblar.

YeniAvropa xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Bildirilib ki, səhər saat 05:00 radələrində paytaxtın Peçerski rayonunda üç partlayış baş verib.

Kiyev və Xarkovda partlayış səsləri eşidilir. Bundan əlavə, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Ukrayna prezidenti Volodimir Zelenski səhər saatlarında xalqa təcili müraciətində bildirib ki, Rusiya Ukraynanın hərbi obyektlərinə raket zərbələri endirib.