Rusiya Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını təxliyə edir.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Kiyevdəki səfirliyindən məlumat verilib.
Rusiyanın Kiyevdə səfirliyi, Xarkov, Odessa və Lvov şəhərlərində konsulluqları fəaliyyət göstərir. Rusiya Xarici İşlər Nazirliyi də bu günlərdə Ukraynadakı nümayəndəliklərinin personalını geri çağıracağını bildirib.