Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün telefon danışığı olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Rusiya liderinin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayıb.
“Bəli. Həqiqətən belə danışıq planlaşdırılır”, - deyə Dmıtri Peskov bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan KİV-ə açıqlamasında rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının NATO sammitindən sonraya planlaşdırdığını bildirib.