"Daha Minsk razılaşmaları yoxdur. Biz "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikasını" tanıdıq".
YeniAvropa xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, Avropa Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə məcbur edə bilməz: "Ona görə də Rusiya "DXR" və "LXR"ın tanınması haqqında qərar qəbul etməyə məcbur olub".