logo

 Putin Rusiyanın imperiyanı bərpa etməyə hazırlaşdığını təkzib etdi

18:30 22-02-2022 | icon 1911
 Putin Rusiyanın imperiyanı bərpa etməyə hazırlaşdığını təkzib etdi

Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Moskvada Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək görüşündə bildirib.

“Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq”, - deyə Rusiya prezidenti qeyd edib.