“Mən Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm. Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur”.
YeniAvropa xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq özünün "Twitter" hesabında məlumat paylaşıb.
“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, - deyə NATO rəhbəri əlavə edib.