logo

Rusiya Ukraynadakı separatçı Donetsk və Luqansk "respublikaları"nın müstəqilliyini tanıdı

23:36 21-02-2022 | icon 4410
Rusiya Ukraynadakı separatçı Donetsk və Luqansk "respublikaları"nın müstəqilliyini tanıdı

Rusiya prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Vladimir Putin fransalı həmkarı və Almaniya kansleri ilə telefon danışığında bildirib ki, o, yaxın vaxtlarda tanınmamış Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması haqqında fərmanı imzalamaq niyyətindədir.

“Bütün bunları nəzərə alaraq, Rusiya prezidenti yaxın vaxtlarda müvafiq sərəncam imzalamaq niyyətində olduğunu bildirib”, - deyə Kremlin məlumatında bildirilib.

Qeyd edilir ki, Fransa prezidenti və Almaniya kansleri hadisələrin bu inkişafından məyus olduqlarını bildiriblər. Eyni zamanda Kreml əlavə edib ki, Makron və Şolts təmasları davam etdirməyə hazır olduqlarını qeyd ediblər.