Türkiyədə son sutkada koronavirusdan 268 nəfər ölüb.
YeniAvropa xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahraddin Koca “Twitter” səhifəsində məlumat paylaşıb.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 461 min 513 nəfərin test edildiyi, 85 min 026 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 94 min 402 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.