Böyük Britaniya Kraliçası II Elizabet koronavirusa yoluxub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Bukinhem Sarayı 95 yaşlı Kraliçanın COVID-19-a yoluxduğunu və xəstəliyi yüngül simptomlarla keçirdiyini açıqlayıb.
Saraydan bildirilib ki, Kraliça tibbi yardım alır və qaydalara əməl edir.
Qeyd edək ki, II Elizabet koronavirusa əleyhinə peyvənd olunub.