logo

Ərdoğan “1915 Çanaqqala” körpüsünün açılış tarixini dəyişdirdi

14:15 20-02-2022 | icon 4627
Ərdoğan “1915 Çanaqqala” körpüsünün açılış tarixini dəyişdirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da açılması planlaşdırılan “1915 Çanaqqala” körpüsünün Çanaqqala zəfərinin ildönümündə martın 18-də açılışına qərar verdiklərini açıqlayıb.

 YeniAvropa xəbər verir ki, bununla bağlı Türkiyə prezidenti özünün rəsmi "Twitter" hesabında açıqlama verib.

Açıqlamada deyilir: “Plandan bir il yarım əvvəl inşası tamamlanan və tezliklə xalqın xidmətinə vermək üçün fevralın 26-da açılışına hazırlandığımız “1915 Çanaqqala” körpüsü vətəndaşların xahişi ilə Çanaqqala zəfərinin ildönümündə - martın 18-də açılacaq”.

Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.