Ukrayna ətrafındakı vəziyyət Avropada 1945-ci ildən bəri ən böyük müharibəyə səbəb ola bilər.
YeniAvropa xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson "BBC"yə açıqlamasında deyib.
"Gördüyümüz mənzərə miqyasına görə, 1945-ci ildən bu günə kimi Avropada baş verən ən böyük müharibəni xatırladır", - deyə Boris Conson vurğulayıb.
Onun sözlərinə görə, hazırda rus qoşunlarının Ukraynaya işğal etməsi ehtimalı daha yüksəkdir .
B.Consonun fikrincə, bu hərəkətlərdən həm ukraynalılar, həm də ruslar əziyyət çəkəcəklər.