Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyanın imzaladığı sərəncamla Arayik Arutyunyan baş kəşfiyyat idarəsinin rəisi - Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.
YeniAvropa xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Xəbərdə general -mayor Arayik Arutyunyanın başqa bir vəzifəyə keçməsi səbəbindən vəzifəsindən azad edildiyi bildirilsə də, onun yeni vəzifəsi barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Arayik Arutyunyan hərbi kəşfiyyat vəzifəsinə ötən ilin avqust ayında təyin edilmişdi.