Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəsmi "Twitter" hesabında məlumat verilib.
Telefon danışığı zamanı Türkiyə-NATO əməkdaşlığı və regional məsələlər müzakirə edilib.