logo

Türkiyənin NATO-ya üzvlüyünün 70 ili tamam olur

15:55 18-02-2022 | icon 4802
Türkiyənin NATO-ya üzvlüyünün 70 ili tamam olur

Türkiyə Xarici İşlər Nazirliyi NATO-ya üzvlüyünün 70 illiyi ilə əlaqədar bəyanat yayıb.

 YeniAvropa xəbər verir ki, Türkiyənin soyuq müharibə dövründə olduğu kimi, indi də Alyansın məsuliyyətli və aparıcı üzvlərindən biri olduğunun ifadə edildiyi bəyanatda deyilir: “NATO-nun sərhədlərinin qorunmasında rolundan əlavə, Türkiyə qurumun missiyasına və əməliyyatlarına geniş töhfələr verib. Alyansın əsas dəyərlərinə uyğun prinsipial və uzaqgörən yanaşmaları ilə NATO-nun istiqamətlərini müəyyənləşdirən aparıcı müttəfiqlər sırasında yer alıb.

Bir tərəfdən NATO-nun 2030-cu illərlə bağlı hədəflərinin müzakirə edildiyi, digər tərəfdən də hərtərəfli təhlükəsizlik sınaqlarının keçirildiyi bu dövrdə ölkəmiz həm müdafiə və təhlükəsizlik baxımından üzərinə düşəni artıqlaması ilə həyata keçirir, həm də NATO-nun dəyişmə və yenilənmə prosesi istiqamətində mənalı və özünəməxsus töhfələr verməyə davam edir.

Təkcə ölkəmiz üçün deyil, bütün Avro-Atlantik coğrafiyası üçün də təhlükə yaradan terrorizmin bütün forma və təzahürləri ilə mübarizə başda olmaqla, təhlükəsizliyin və sabitliyin 360 dərəcə qorunması istiqamətində səylərimizi qətiyyətlə davam etdirəcəyik. Bu baxımdan bizim müttəfiqlərimizdən gözləntimiz NATO-nun ortaq məxrəcini təşkil edən birlik və həmrəylik ruhunu tam şəkildə nümayiş etdirməkdir”.