Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya “işğal istiqamətləri"nin xəritəsini dərc edib və xəritədə Rusiya prezidenti Vladimir Putinin adı qeyd olunub. Qurumun rəsmi Tvitter səhifəsində yerləşdirilmiş “Prezident Putinin mümkün işğal oxu” adlı diaqramda oxlar qurudan hücumun iki mərhələsini təsvir edir.
Birinci istiqamətdə olan oxlar Rusiyanın qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə müdaxiləsini göstərir. İkinci oxlar isə Dneprdən Vinnitsaya, eləcə də Krımdan Odessaya doğru hərəkəti nəzərdə tutur. Eyni zamanda, Böyük Britaniyanın Müdafiə Nazirliyi diaqramların “yalnız illüstrativ məqsədlər üçün hazırlandığını” yazıb.
Təlimlərdən sonra rus qoşunlarının yerləşdirilmə yerlərinə qayıtmasına baxmayaraq, Britaniya MN qeyd edib ki, “Rusiya xəbərdarlıq etmədən işğalı həyata keçirə biləcək mühüm hərbi mövcudluğunu saxlayır”.