Ukrayna, Polşa və Böyük Britaniya üçtərəfli Alyans yaradıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ilə keçirdiyi birgə brifinqdə məlumat verib.
“Biz Ukrayna, Böyük Britaniya və Polşa tərəfindən yeni üçtərəfli əməkdaşlıq formatının yaradılmasını elan etməkdən şərəf duyuruq. Bu üçtərəfli Ukrayna-Polşa-Britaniya alyansının yaradılmasını elan edirik”, - deyə D.Kuleba bildirib.
Xatırladaq ki, bu ilin yanvarında Böyük Britaniya Ukrayna və Polşa ilə üçtərəfli alyansın yaradılmasını təklif etmişdi.