Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar zərfi hazırlayıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Avropa İttifaqı-Afrika İttifaqı zirvə görüşü ərəfəsində açıqlamasında bildirib.
“Biz bütün səylərimizi diplomatiya istiqamətinə yönəldəcəyik. Bununla belə, sanksiyalar zərfini də hazırlamışıq. Bu, çox sərt tədbirlərdir”, - deyə diplomat vurğulayıb.