Rusiyanın Xəzər flotiliyasının 20 gəmisi Xəzər dənizində təlimlərə başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, manevrlərdə flotiliyanın 20-yə yaxın döyüş gəmisinin ekipajı, o cümlədən "Dağıstan" raket gəmisi, "Qrad Sviyajsk", "Uqliç", "Velikiy Ustyuq", Mahaçqala, Həştərxan kiçik raket gəmiləri, "Stupinets" kiçik artilleriya gəmiləri habelə baza minaaxtaran gəmilər, qayıqlar iştirak edir.
Məlumata görə, donanma gəmiləri vahid qaydada üzmək, şərti düşmənin hava hücumu vasitələrini dəf etmək üzrə birgə təlimlərdə iştirak edəcək.
Təlimlərin əsas istiqaməti Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qoşunları qüvvələrinin Dünya Okeanında Rusiyanın milli maraqlarının müdafiəsinə, habelə Rusiya Federasiyasına dəniz və okean istiqamətlərindən yönəldilən hərbi təhdidlərə qarşıdır.
Təlimlərə 140-dan çox döyüş və yardımçı gəmi, 60-dan çox təyyarə, 10 minə yaxın hərbçi cəlb olunub.