logo

Rusiya Antalya diplomatik forumunda iştirak edəcək

18:14 16-02-2022 | icon 2324
Rusiya Antalya diplomatik forumunda iştirak edəcək

Bu gün Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, danışıqların gedişində Rusiya Federasiyası və Ukrayna arasında gərginliklə bağlı son hadisələr müzakirə edilib. Mövlud Çavuşoğlu məsələnin nizamlanması üçün diplomatik təşəbbüslərin vacibliyinə toxunub. O, Türkiyənin Rusiya və Ukrayna arasında görüşlərin təşkilinə hazır olduğunu bildirib. Çavuşoğlu, həmçinin qeyd edib ki, nazir Lavrov martın 11-13-də Antalyada keçiriləcək diplomatik forumunda iştirak edəcəyini təsdiqləyib.

"Anadolu" agentliyi xəbər verir ki, bu gün həmçinin Türkiyənin xarici işlər naziri ukraynalı həmkarı Dmitri Kuleba ilə də telefonda danışıb. XİN başçıları Rusiya və Ukrayna arasında gərginliyi müzakirə ediblər.