logo

Serbiyada prezident Aleksandr Vuçiç parlamenti buraxdı

22:15 15-02-2022 | icon 2772
Serbiyada prezident Aleksandr Vuçiç parlamenti buraxdı

Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Milli Assambleyasını  buraxıb və aprelin 3-nə növbədənkənar seçkilər təyin edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, prezident müvafiq sənədi ölkənin milli televiziyası ilə canlı yayımda xalqa müraciəti zamanı imzalayıb.

“Mən indicə parlamentin buraxılması ilə bağlı sənədi imzalamışam və Serbiya Konstitusiyasına, “Serbiya prezidenti haqqında” qanuna və “Xalq deputatları haqqında” qanuna əsasən, seçkilərin təyin edilməsi barədə qərar qəbul edirəm. Mən seçkiləri 2022-ci il aprelin 3-nə təyin edirəm”, - deyə Serbiya lideri sözlərinə əlavə edib.