logo

Qazaxıstanda neftçilərin etiraz mitinqi keçirilir

15:15 15-02-2022 | icon 2492
Qazaxıstanda neftçilərin etiraz mitinqi keçirilir

Yanvar ayında kütləvi etirazların başladığı və sonra iğtişaşlara çevrildiyi Qazaxıstanın Janaozen şəhərində neftçilər mitinqə başlayıblar.

YeniAvropa xəbər verir ki, bu barədə yerli “Orda.kz” saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, etirazçılar yerli avtovağzalda toplaşıblar. Onlar maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Etirazçıların sözlərinə görə, bölgədə ədalətsizlik hökm sürür və “sistem çürüyür”.

Neftçiləri yanvar hadisələrinə görə həbs olunanların azadlığa buraxılmasını tələb edən yerli sakinlər dəstəkləyib.

“Almatıda bizdən sonra başlayan dinc mitinqin faciəyə çevrilməsindən çox təəssüflənirik. Biz bunu təəssüf hissi ilə xatırlayırıq. Hakimiyyət qarşısında tələbimiz günahsız gənclərimizə işgəncə verilməsini dayandırmaqdır, onların azadlığa buraxılmasıdır. Onlar terrorçu deyillər. Biz siyasi dəyişiklik tələb edirik. Köhnə kadrlar tərəfindən aldanırıq. Janaozen yenilik tələb edir”, - fəallardan biri bildirib.