İsrail prezidenti İshaq Hersoq martın 9-10-da Türkiyəyə səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə "TRT" telekanalı məlumat yayıb.
Xəbərdə bildirilib ki, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal Fələstin prezidenti Mahmud Abbasla görüşmək üçün fevralın 16-17-də Qüdsə, oradan da İsrailə səfər edəcəklər.
İshaq Hersoqun səfərinin reallaşacağı təqdirdə, bu, İsrail prezidentinin son 15 ildə Türkiyəyə ilk gedişi olacaq. Bundan əvvəlki səfər 2007-ci ildə prezident Şimon Peresin vaxtında baş tutub.
Xatırladaq ki, prezident Rəcəb Tayyub Ərdoğan yanvar ayında israilli həmkarının Türkiyəyə səfərinin mümkünlüyünü bildirib.