Ukrayna prezidenti Volodimir Zelenski ölkəni tərk edən Ali Radanın deputatlarını 24 saat ərzində geri qayıtmağa çağırıb.
YeniAvropa xəbər verir ki, bu barədə Prezident Aparatının "Facebook" səhifəsində yayımlanan mətbuat konfransında bildirib.
Prezidentin sözlərinə görə, bəzi deputatlar artıq qohumları ilə birlikdə xaricə gediblər. Zelenski onlara ölkəyə qayıtmaq üçün 24 saat vaxt verib. "Hesab edirəm ki, onlar qayıtmalıdırlar, əks halda biz, rəhbərlik olaraq ciddi nəticələr çıxarmalıyıq", -deyə Ukrayna prezidenti vurğulayıb.
volodimir Zelenski hansı partiyanın deputatlarının Ukraynanı tərk etdiyini dəqiqləşdirməyib. O vurğulayıb ki, hakimiyyət öz nümunəsi ilə Ukrayna xalqına birlik siqnalları verməlidir.